Daha 82 dövlət əmlakı hərraca çıxarılacaq – 3 fərqli tarixdə

Hazırda oxunan: Daha 82 dövlət əmlakı hərraca çıxarılacaq – 3 fərqli tarixdə

59150

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı 3, 9 və15 mart tarixlərində hərrac keçirəcək.

Bizim.Media bu barədə nazirliyə istinadən xəbər verir.

Məlumata görə, martın 3-də keçiriləcək hərraca 25 nəqliyyat vasitəsi, 9 martda təşkil olunacaq hərraca 18 nəqliyyat vasitəsi, 15 mart tarixindəki hərraca isə 18 kiçik dövlət müəssisə və obyekti, 1 yarımçıq tikili, 20 nəqliyyat vasitəsi (ümumilikdə 82 dövlət əmlakı) çıxarılacaq.

Hərraca çıxarılan nəqliyyat vasitələri müxtəlif markalıdır. Özəlləşdiriləcək avtomobillər arasında Rusiya, Avropa ölkələri, Cənubi Koreya istehsalı olan maşınlar üstünlük təşkil edir.
Nəqliyyat vasitələrinin istehsal tarixi 1995-2011-ci illər arasında dəyişir.

Hərraca çıxarılan kiçik dövlət müəssisə və obyektlərinin isə 1-i istisna olmaqla, qalanları bölgələrdə yerləşir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin