Makron Ukraynaya gedir - 24 il əvvəl Jak Şirak Kiyevə gəlmişdi

Hazırda oxunan: Makron Ukraynaya gedir - 24 il əvvəl Jak Şirak Kiyevə gəlmişdi

59143

Fransa Prezidenti 24 ildən sonra Ukraynaya səfər edir.

Bizim.Media xəbər verir ki, fevralın 8-də Fransa Prezidenti Emmanuel Makronun Ukraynaya səfəri başlayır.

Bu, Fransa Prezidentinin 1998-ci ildən sonra Ukraynaya ilk rəsmi səfəridir. Jak Şirak 24 il əvvəl Kiyevə səfər edən sonuncu Fransa Prezidenti olub.

Səfər çərçivəsində Fransa və Ukrayna prezidentləri Emmanuel Makron və Volodimir Zelenski arasında görüş keçiriləcək. Sonra prezidentlər mətbuata birgə bəyanatla çıxış edəcəklər. Tərəflərin əsas müzakirə mövzusu Ukrayna ətrafında yaranan gərginlik olacaq.

Emmanuel Makronu səfər çərçivəsində Fransa xarici işlər naziri Jan-iV Lö Drian da müşahidə edəcək.
Qeyd edək ki, fevralın 7-də Moskvada Rusiya və Fransa prezidentləri Vladimir Putin və Emmanuel Makron arasında görüş keçirilib. Tərəflər Ukraynada vəziyyəti, rəsmi Moskvanın Brüsselə və Vaşinqtona təqdim etdiyi təhlükəsizlik zəmanəti barədə sənədi müzakirə ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin