Bakının Nərimanov rayonu ərazisində partlayış baş verən dönərxanada qaz xətti yoxdur.
Bizim.Media xəbər verir ki, bunu "Azəriqaz" İstehsalat Birliyinin Mətbuat xidmətinin rəhbəri Eldəniz Vəliyev deyib.
MÖVZU İLƏ BAĞLI:
Dönərxanadakı yanğın söndürüldü - YENİLƏNİB
O bildirib ki, həmin obyekt qaz xətti ilə təchiz edilməyib.
"Obyektdə qaz xətti olmayıb. Həmin obyektdə propan qaz balonundan istifadə edilib",-deyə E. Vəliyev qeyd edib.
Xatırladaq ki, bu gün günorta saatlarında Bakının Nərimanov rayonu ərazisində yerləşən dönrəxanaların birində partlayışla nəticələnən yanğın baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları cəlb edilib.
Nəticədə 80 m² sahədə fəaliyyət göstərən kafenin mətbəxinin yanar konstruksiyaları 15 m² sahədə və 1 ədəd kondisioner yanıb.
Yanğın zamanı kafedə olan 3 ədəd məişət qaz balonu (hər birinin tutumu 25 litr) yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə çıxarılıb. Kafenin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bizim.Media