KOBİA-ya məxsus şirkətin nizamnamə kapitalı 55 % artırıldı

Hazırda oxunan: KOBİA-ya məxsus şirkətin nizamnamə kapitalı 55 % artırıldı

0:00
0:00
58974

İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) məxsus "Birgə İnvest" MMC-nin nizamnamə kapitalı 1,6 milyon manat və yaxud 55,2 % artırılıb.

Bizim.Media xəbər verir ki, şirkətin kapitalı 2,9 milyon manatdan 4,5 milyon manata çatdırılıb.

Xatırladaq ki, "Birgə İnvest" 2019-cu ilin noyabr ayında "Biznesin İnkişafında Rahat Güvənli Əməkdaşlıq" adı ilə yaradılıb, bu ilin aprel ayında rebrendinq edib.

Kommersiya qurumu KOBİA-nın dəstəyi ilə reallaşdırılan “Çiçəklənən Abşeron” layihəsinin koordinatorlarından biridir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin