Əhalisinin sayı 10 milyona yaxın olan İordaniyada son sutka ərzində 15 min 846 nəfər COVID-19-a yoluxub. Bu, pandemiya başlayandan bəri krallıqda qeydə alınmış ən yüksək rəqəmdir.
Bizim.Media xəbər verir ki, İordaniya Səhiyyə Nazirliyi son sutkada 20 koronavirus xəstəsinin də vəfat etdiyini açıqlayıb.
Nazirlik rəsmisi əlavə edib ki, yoluxma hallarının artması “omikron” variantının daha geniş yayılması ilə bağlıdır.
Rəsmi Petra agentliyinin məlumatına görə, İordaniyada əhalinin COVID-19 əleyhinə vaksinin üçüncü dozasını vurdurması istiqamətində tədbirlər görülür.
Ölkədə yoluxma hallarının kəskin artmasını nəzərə alan hökumət xəstəxanalarda yeni palataların açılması istiqamətində iş aparır.
Bizim.Media

- A-
- A
- A+
Dünya
							04:43 / 07.02.2022
							
						Bu ölkədə COVID-19-a yoluxmada antirekord qeydə alındı
						
							
								Hazırda oxunan: Bu ölkədə COVID-19-a yoluxmada antirekord qeydə alındı							
						
					
					
					
					
					
					
								Hazırda oxunan: Bu ölkədə COVID-19-a yoluxmada antirekord qeydə alındı							
						58922
					© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
					
					
					
					
					Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

























































































