Antalyanın “Saklıkent” xizək mərkəzində güclü qar yağması nəticəsində turizm obyektlərindən birinin çardağı uçub. Nəticədə 8 nəfər xəsarət alıb.
Bizim.Media Anapdolu agentliyinə istinadən xəbər verir ki, jandarma, obyektin işçiləri və turistlər xəsarət alanları dağıntılar və qar altından çıxarıblar.
Xizək mərkəzinə Fövqəladə Halların Qarşısının Alınması və Yardım İdarəsinin (AFAD) qrupları və tibb işçiləri də gəlib.
Yaralılar helikopterlə Akdeniz Universiteti Xəstəxanasına aparılıb.
“Saklıkent” xizək mərkəzi Antalya vilayətinin Konyaaltı bölgəsində Beydağları dağ silsiləsində yerləşir.
Bizim.Media
- A-
- A
- A+
Dünya
19:51 / 06.02.2022
Antalyada xizək mərkəzində çardaq uçdu - 8 yaralı var
Hazırda oxunan: Antalyada xizək mərkəzində çardaq uçdu - 8 yaralı var
Hazırda oxunan: Antalyada xizək mərkəzində çardaq uçdu - 8 yaralı var
58905
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.