Sürücülər üçün ləğv olunur, piyadalar üçünsə...

Hazırda oxunan: Sürücülər üçün ləğv olunur, piyadalar üçünsə...

5890

Yollardakı qəzaların səbəblərindən biri də işıqforların vaxt ölçən sistemidir. Biz bu qərara gəlmişik ki, onları ləğv etmək lazımdır.

Bunu Bizim.Media-ya açıqlamasında Bakı Nəqliyyat Agentliyinin mətbuat  xidmətinin rəhbəri Mais Ağayev bildirib.

M. Ağayev deyir ki, bəzi işıqforlardakı vaxt ölçən sistemin ləğv olunmasında  əsas məqsəd yol nəqliyyat hadisələrinin qarşısının alınması ilə bağlıdır:  

“Ötən müddət ərzində aparılan təhlillər göstərir ki, bir çox yol kəsişmələrində  sürücülər qəza şəraiti yaradırlar. Sürücü görür ki, yaşıl işığın  qırmızıya keçməsinə  3 saniyə qalıb yüksək sürətlə hərəkət edir. Bu da ağır yol-nəqliyyat hadisəsi ilə nəticələnir”.

Qurumun sözçüsü bildirib ki, bu qərar Bakı Şəhəri Dövlət Yol Polisi İdarəsi ilə apardığımız təhlillər əsasında qəbul olunub:

“Bütün işıqforlarda olan vaxt ölçən qurğular ləğv olunmayacaq. Təhlillərə əsasən hansı kəsişmələrdə yol nəqliyyat hadisələri çox olub, orada ləğv olunacaq. Buna nümunə olaraq, Rəşid Behbudov, Bakıxanov qəsəbəsi kimi yolların adını çəkə bilərik”.

Mais Ağayev onu da qeyd etdi ki, işıqforlarda piyadaların təhlükəsizliyi üçün bəzi işlərin görülməsi də nəzərdə tutulub. Sürücülərdən fərqli olaraq, piyadalar üçün taymerlər quraşdırılacaq, onlara işıq siqnalları da əlavə ediləcək. 

Gülşanə Mustafayeva, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin