Ərdoğan: “Rusiya-Ukrayna müharibəsi artıq Qara dənizdəki ticarəti təhdid edir”

Hazırda oxunan: Ərdoğan: “Rusiya-Ukrayna müharibəsi artıq Qara dənizdəki ticarəti təhdid edir”

588773

"Rusiya-Ukrayna müharibəsi artıq Qara dənizdəki ticarəti təhdid etmə həddinə çatıb".

Bizim.Media xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin 2025-ci il üzrə ixrac göstəricilərinin hesabat tədbirində deyib.

Onun sözlərinə görə, artıq dörd ildir davam edən müharibədə yüz minlərlə insan ölüb, yaralanıb və evsiz-eşiksiz qalıb.

"Həmçinin bu müharibə artıq Qara dənizdəki ticarəti təhdid etmə həddinə çatıb. Əlbəttə, biz bunun qarşısının alınması üçün lazımi tədbirlər görməkdəyik. Türkiyə bu savaşın ədalətli sülhlə başa çatmasını istəyir və bu yolun açılması üçün bütün məsuliyyəti üzərinə götürməyə hazırdır".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin