Gəncədə 47 yaşlı kişi dərmandan zəhərlənərək öldü

Hazırda oxunan: Gəncədə 47 yaşlı kişi dərmandan zəhərlənərək öldü

58869

Gəncədə 47 yaşlı kişi dərman içərək intihar edib. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, 1975-ci il təvəllüdlü Hacıyev Kazım Yavuz oğlu ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı onun dərman içərək özünü zəhərləməsi diaqnozu qoyulub. Həkimlərin  müdaxiləsinə baxmayaraq  K.Hacıyev xəstəxanada dünyasını dəyişib.

Onun meyiti Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə aparılıb, müayinə olunduqdan sonra ailəsinə təhvil veriləcək. 

Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin