Xələf Xələfov Ukraynanın ölkəmizdəki səfiri ilə bir araya gəldi - FOTO

Hazırda oxunan: Xələf Xələfov Ukraynanın ölkəmizdəki səfiri ilə bir araya gəldi - FOTO

58865

Ukrayna və Azərbaycan diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edir.

Bu münasibətlə Azərbaycan Xarici İşlər Nazirliyində Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfovun və Ukraynanın ölkəmizdəki səfiri Vladislav Kanevskinin iştirakı ilə iki dost ölkə arasında ikitərəfli əməkdaşlığın otuz illik dövrünü əhatə edən fotoşəkillərin yer aldığı fotosərgi açılıb. 

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Ukrayna səfirliyi yayıb.

Mənbə qeyd edir ki, ekspozisiyaya Ukrayna ilə Azərbaycan arasında siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə əməkdaşlığın əsas mərhələlərini əks etdirən arxiv sənədləri və rəsmi fotoxronikanın materialları daxildir.

“Qlobal çağırışlar fonunda Azərbaycan və Ukrayna maneələri dəf etmək, çağırışları fürsətə çevirmək və qarşılıqlı faydalı iddialı layihələri həyata keçirmək üçün inamla irəliləmək üçün səylərini davam etdirir. Bunun üçün bizim əsas komponentlərimiz var - istək, qarşılıqlı etimad və siyasi iradə”, - Ukrayna diplomatik missiyasının bəyanatında deyilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin