Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi ötən gün saat 19:00 radələrində Ucar rayonunda baş vermiş yanğının səbəbini açıqlayıb.
Qurumdan Bizim.Media-ya bildirilib ki, fevralım 4-də rayon ərazisindəki quşçuluq fabrikini təbii qazla təmin edən, Ucar Qaz Paylayıcı Stansiyadan qidalanan, diametri 215 mm olan orta təzyiqli qaz xətti zədələnib.
Son nəticədə yaxınlıqdan keçən polietilen boru və metala keçid hissələr zədələnib, daşıyıcı kəmərlərdə qaz sızması yaranıb.
Nəticədə Ucar rayonu üzrə 7 kənd və şəhər ətrafı massivdə ümumilikdə 3 226 abunəçinin qaz təminatında fasilə yaranıb. Hadisə baş verəndə dərhal sonra "Azəriqaz" rəhbərliyi tezliklə fəsadların aradan qaldırılması və qaz təchizatının bərpa edilməsi barədə tapşırıqlar verib.
Ağsu Regional qaz istismarı İdarəsinin Ucar və Göyçay xidmət sahələrinin işçi qüvvələri hadisə yerinə cəlb olunub. İstehsalat Birliyinin işçiləri gecə saatlarından başlayaraq havanın kəskin dəyişməsinə, güclü külək və yağışın olmasına baxmayaraq fasiləsiz olaraq qəzanın aradan qaldırılması istiqamətində işlərini davam etdirirlər.
Gün ərzində qaz təminatının bərpası planlaşdırılır.
İşin həcmi böyük olduğundan hadisə yerinə çox sayda maşın mexanizmlər və işçi qüvvəsi cəlb edilib. Təmir işləri sürətlə davam etdirilir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:41 / 05.02.2022
Qaz xəttində güclü yanğın, 7 kənd qazsız qaldı - VİDEO
Hazırda oxunan: Qaz xəttində güclü yanğın, 7 kənd qazsız qaldı - VİDEO
Hazırda oxunan: Qaz xəttində güclü yanğın, 7 kənd qazsız qaldı - VİDEO
58783
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.