Digər sosial ödənişlər kimi, ünvanlı dövlət sosil yardımlarının məbləğində də artım tempi davam edir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Bizim.Media-ya bildirilib ki, 2022-ci ilin yanvar ayında bir ailəyə ödənilən ünvanlı dövlət sosial yardımının orta aylıq məbləği ötən ilin müvafiq dövrünə nisbətən 17 faiz artaraq 282 manata çatıb.
MÖVZU İLƏ BAĞLI:
Ünvanlı sosial yardım artımla ödəndi - YENİ MƏBLƏĞ
Ünvanlı dövlət sosial yardımının təyin edilməsi üçün ehtiyac meyarının həddi yeni Qanunla 17,6 faiz və ya 30 manat artırılaraq 2022-ci il üçün 200 manat məbləğində müəyyən edilib.
Bu da cari ildə ünvanlı dövlət sosial yardımının məbləğində də növbəti artıma imkan verəcək.
Bizim.Media