İlham Əliyevin Avropa İttifaqı qarşısında qaldırdığı ƏSAS MƏSƏLƏLƏR - ŞƏRH

Hazırda oxunan: İlham Əliyevin Avropa İttifaqı qarşısında qaldırdığı ƏSAS MƏSƏLƏLƏR - ŞƏRH

0:00
0:00
58750

Millət vəkili Elman Nəsirov Makronun təşəbbüsü ilə Azərbaycan  Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan arasında videoformatda keçirilən görüşü şərh edib. Deputat əvvəlcə əsas müzakirə predmetlərinə diqqət çəkib:

• 2021-ci ilin dekabrında Brüsseldə baş tutan üzbəüz görüş Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasına xidmət edib.

• Videoformatda keçirilən dünənki görüş isə Brüsselin məntiqi davamıdır.

Bizim.Media-ya danışan millət vəkili Elman Nəsirov bildirib ki, ən çox fikir mübadiləsi aparılan məsələlər iki ölkə arasında humanitar əlaqələrin bərpası, nəqliyyat dəhlizlərinin açılmasıdır.
 

MÖVZU İLƏ BAĞLI:

Makron, İlham Əliyev, Şarl Mişel və Paşinyan arasında GÖRÜŞ KEÇİRİLDİ - FOTO/VİDEO - YENİLƏNİB


Həmçinin sərhədlərin delimitasiya və demarkasiyasının həll olunması da müzakirə olunub. Etimad mühitinin formalaşdırılmasına da xüsusi diqqət ayrılıb.

Elman Nəsirov başqa məqamlara da toxunub:

"I Qarabağ müharibəsində 3890 nəfər Azərbaycan vətəndaşının taleyindən xəbər yoxdur. Onlar itkin düşüb və Azərbaycan bu məsələdə beynəlxalq birliyin dəstəyinə ümid edir.

- Kütləvi məzarlıqların tapılması da öz həllini tapmalıdır.

- Azad olunan ərazilərin minalardan təmizlənməsi hazırda ən ağır problemlərdən biri olaraq qalmaqdadır. Belə ki, Ermənistanın mina müharibəsinə görə 16 nəfər Azərbaycan vətəndaşı həlak olub, 165 nəfər yaralanıb".

Elman Nəsirov sonda hər iki ölkəyə göndərilməsi razılaşdırılan YUNESKO missiyalarından da bəhs edib. Müvafiq araşdırmalardan sonra YUNESKO-nun sülhyaratma prosesinə töhfə verməsi nəzərdə tutulub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin