"Cənub Qaz Dəhlizi layihəsi həm də müasir tarixdə çox azsaylı layihələrdən biridir ki, icrasına bütün aparıcı beynəlxalq maliyyə institutları öz töhfəsini verib. Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Asiya İnfrastruktur və İnvestisiya Bankı. Beləliklə, aparıcı beynəlxalq maliyyə institutları bu layihənin icrası üçün kredit və maliyyə vəsaiti ayırdı".
Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 4-də Bakıda, "Gülüstan" sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısında deyib.
Dövlət başçısı vurğulayıb ki, Azərbaycan bütün nöqteyi-nəzərlərdən mürəkkəb olan bu layihənin yüksək səmərəliliklə tamamlanmasına görə böyük işlər görüb:
MÖVZU İLƏ BAĞLI:
İlham Əliyev: "Yeni bazarlarda Azərbaycan qazına ehtiyac var"
"Əlbəttə ki, biz gələcəyə baxmalıyıq və mən əminəm ki, bugünkü iclasda iştirakçılar ənənəvi əməkdaşlıq sahələrini, gələcək planlarımızı müzakirə edəcək. Çünki hamımızın bildiyi kimi əlavə qaz mənbəyinə tələbat artmaqdadır.
Eyni zamanda, bərpa olunan enerji mənbələri ilə bağlı məsələlər də müzakirə olunacaq. Azərbaycan öz “yaşıl enerji” siyasətinə münasibətdə çox işlər görür. Dediyim kimi, yeni mənbələrdən qaz üçün tələbat artır. Cənub Qaz Dəhlizi layihəsinin tamamlanmasından sonra Azərbaycan beynəlxalq bazarlara, o cümlədən Avropa bazarına ixracı artıra bilib.
Ötən il Azərbaycan 19 milyard kub metr təbii qaz ixrac edib. 8,5 milyard Türkiyəyə, demək olar ki, 7 milyard İtaliyaya və yerdə qalan həcm komandanın başqa üzv ölkələrinə - Gürcüstana, Yunanıstana və Bolqarıstana ixrac olunub. Əminəm ki, komandamızın üzvü olan Albaniya öz qaz paylayıcı şəbəkəsini tamamlayan kimi Azərbaycan qazını əldə edəcək”, - Azərbaycan Prezidenti qeyd edib.
Bizim.Media