Kembric universitetində Polad Həşimovdan DANIŞILDI 

Hazırda oxunan: Kembric universitetində Polad Həşimovdan DANIŞILDI 

0:00
0:00
58669

“Azərbaycan 30 ildir ki, müstəqildir. Biz 1991-ci ildə hələ çox gənc ölkə idik. Hələ müstəqillik əldə etmədən öncə işğalçılığa məruz qaldıq. Beynəlxalq sənədlər Ermənistanın əleyhinə olsa belə, bu bir nəticə vermədi. Eyni zamanda 30 il danışıqlar davam etsə də, bu proses də faydasız oldu. Nə bir köçkün torpaqlarına qayıtdı, nə də 1 kv.metr torpaqlarımız geri qaytarıldı”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Sülyemanov Kembric Universitetində təşkil olunan Mərkəzi Asiya forumunda bildirib.  
 

MÖVZU İLƏ BAĞLI:

Elin Süleymanov: “Ermənilərin taleyi sülh müqaviləsindən asılıdır”


“2020-ci ildə isə, proses kökündən dəyişdi. Ermənilər heç bir səbəb olmadan iyul ayında hücuma başladılar.

Onu da qeyd edim ki, hücum hədəfi Tovuz idi. Bu ərazi Qarabağdan uzaqda yerləşirdi və bir sıra boru kəmərləri oradan keçir. Bu hücum nəticəsində bir dinc sakin və hərbçilərimiz həlak oldu. Onların içərisində general Polad Həşimov da var idi”, - deyə səfir qeyd edib.  

Elin Süleymanov bu hadisələrdən sonra ermənilərin davam edən təxribatının müharibənin başlamasına səbəb olduğunu və Azərbaycanın öz torpaqlarını işğaldan azad etdiyini də qeyd edib.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin