“Məncə, İran bir az şübhə içərisindədir. Lakin rəsmi Tehran gələcəkdə Zəngəzur dəhlizinin onun xeyrinə olacağını anlayacaq”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Sülyemanov Kembric Universitetində təşkil olunan Mərkəzi Asiya forumunda bildirib.
MÖVZU İLƏ BAĞLI:
Elin Süleymanov: “Ermənilərin taleyi sülh müqaviləsindən asılıdır”
Elin Süleymanov fikirlərini belə davam etdirib:
"Onu da qeyd edim ki, İranlı nazir Füzuliyə səfər edərək görülən işlərələ tanış olub. Bundan əlavə, Azərbaycanla İranı birləşdirəcək Astaraçay körpüsü də tikilir. Əgər burada bütün regionu əhatə edən kommunikasiyaların açılmasından söhbət gedirsə, bu bütün bölgə ölkələrinin xeyrinə olacaq. Bu bir ölkənin xeyrinə, digərinin ziyanına necə ola bilər?".
Bizim.Media