Regional Təhsil İdarələrinin yaradılması bu tarixdə yekunlaşacaq

Hazırda oxunan: Regional Təhsil İdarələrinin yaradılması bu tarixdə yekunlaşacaq

0:00
0:00
58650

“Bu ilin mart ayı ərzində Regional Təhsil İdarələrinin yaradılması ilə bağlı bütün işlər yekunlaşacaq”. 

Bizim.Media xəbər verir ki, bunu Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri Elnur Əliyev “Təhsilə ictimai baxış” silsiləsində ictimai müzakirə zamanı deyib.  

Onun sözlərinə görə, bundan sonra bağçaların idarə edilməsi işini həmin idarələr həyata keçirəcək. 

E.Əliyev xatırladıb ki, hazırda bağçalarla bağlı təhvil-təslim prosesi davam edir:

“Nəzərə alsaq ki, ölkədə 1000-dən artıq dövlət uşaq bağçası var və bu da kifayət qədər vaxt tələb edir. Uşaq bağçalarına azyaşlıların qəbulunun elektron formada olması da planlaşdırılır.
Eyni zamanda tərbiyəçilərin də qəbul prosesinin Müəllimlərin İşə Qəbulu formatında olması düşünülür. Hazırda məktəbəqədər təhsil müəssisələrinin vəziyyəti, statistik məlumatların toplanması, işçi ehtiyacı və s. üzrə qiymətləndirmələr aparılır”. 

Qeyd edək ki, ötən ilin sonunda dövlət uşaq bağçaları Təhsil Nazirliyinin tabeliyinə verilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin