Dünyada COVID-19 infeksiyasına yoluxma hallarının sayı 388 066 090 nəfərə çatıb.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ-ın Con Hopkins Universitetinin məlumatında qeyd olunur.
Virusun baş qaldırmasından sonra bu səbəbdən ölənlərin sayı 5 712 458nəfər təşkil edir. Yoluxma sayına görə ABŞ, Hindistan və Braziliya ilk üçlüyü bölüşür.
ABŞ COVID-19 infeksiyasına yoluxanların və bu səbəbdən ölənlərin sayına görə dünyada liderlik edir. Birləşmiş Ştatlarda koronavirusa yoluxanların sayı 75 962 005 nəfərə çatıb, 896 583 nəfər infeksiya səbəbindən vəfat edib.
İkinci yerdə qərarlaşan Hindistanda 41 952 712 nəfərdə COVID-19 xəstəliyi təsdiqlənib, 500 055 nəfər ölüb.
Siyahıda üçüncü pillədə qərarlaşan Braziliyada pandemiya dövrü ərzində 26 107 894 nəfər virusa yoluxub, onlardan 630 301 nəfəri ölüb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
10:57 / 04.02.2022
Dünyada koronavirusa yoluxanların sayı 388 milyonu ötdü
Hazırda oxunan: Dünyada koronavirusa yoluxanların sayı 388 milyonu ötdü
Hazırda oxunan: Dünyada koronavirusa yoluxanların sayı 388 milyonu ötdü
0:00
0:00
58592
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.