Azərbaycan manatının ABŞ dolları və digər əsas xarici valyutalara qarşı dəyərdən düşməsi ehtimalı ölkənin fiskal mövqeyi üçün əsas risk amillərindən biri olaraq qalmaqdadır.
Belə ki, məzənnə riskinin dövlət büdcəsinə əsas transmissiya kanallarından biri neft qiymətlərinin pisləşməsi fonunda qeyd edilən risklərin daha da kəskin xarakter almasıdır.
Bizim.Media xəbər verir ki, bu barədə 2021-ci il dövlət büdcənin layihəsində bildirilib.
Qeyd olunub ki, dövlət büdcəsinin tərtibi zamanı 2021-ci il üzrə 1 ABŞ dollarının 1,7 manata bərabər tutulduğunu nəzərə alaraq, manatın məzənnəsinin xarici valyutalara qarşı zəifləmə ehtimalı dövlət büdcəsində xarici dövlət borcuna xidmət xərclərinin də proporsional olaraq artması riskini özündə ehtiva edir.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
12:45 / 21.12.2020
Manatın dəyərdən düşmə riski var - RƏSMİ
Hazırda oxunan: Manatın dəyərdən düşmə riski var - RƏSMİ
Hazırda oxunan: Manatın dəyərdən düşmə riski var - RƏSMİ
5857
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.