2021-ci ildə “Azərsu” ASC-nin abunəçilərinin sayı 4,6% artaraq bu il yanvarın 1-nə 1,682 milyon olub.
Bizim.Media səhmdar cəmiyyətinin saytına istinadən xəbər verir ki, bunun 1,617 milyonu və yaxud 96,1%-i əhali, 65 mini və yaxud 3,9%-i isə qeyri-əhali abunəçiləridir.
Ötən il əhali abunəçilərinin sayı 4,6%, qeyri-əhali abunəçilərinin sayı isə 4,9% artıb.
Artım əsasən yeni layihələrin icrası nəticəsində istehlakçıların mərkəzləşdirilmiş içməli və tullantı su şəbəkələrinə qoşulması, yeni tikilmiş fərdi yaşayış evləri sahiblərinin texniki şərt alaraq abonent kimi qeydiyyata düşməsi, həmçinin içməli su və kanalizasiya xidmətlərindən qeyri-qanuni istifadə hallarının aşkarlanaraq qeydiyyata alınması hesabına baş verib.
Ötən ilin sonuna abunəçilərin 87,7%-nin sayğacı olub. Sayğaclaşma səviyyəsi əhali abunəçiləri üzrə87,4%, qeyri əhali abunəçiləri üzrə isə 95,6% təşkil edib.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
15:19 / 03.02.2022
"Azərsu" abunəçilərinin sayı 5% artdı
Hazırda oxunan: "Azərsu" abunəçilərinin sayı 5% artdı
Hazırda oxunan: "Azərsu" abunəçilərinin sayı 5% artdı
58480
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.