Macarıstan Azərbaycandan qaz almaq istəyir - 2023-cü ilin sonunadək 

Hazırda oxunan: Macarıstan Azərbaycandan qaz almaq istəyir - 2023-cü ilin sonunadək 

58464

“Macarıstan 2023-cü ilin sonunadək Azərbaycan qazının satın alınmasının başlanacağına ümid edir”. 

Bizim.Media xəbər verir ki, bunu Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarton bu gün Bakıda Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə birgə Komissiyanın 8-ci iclası çərçivəsində mətbuat konfransında deyib. 

Nazir qeyd edib ki, qazın nəqli və elektrik enerjisi istehsalı ilə məşğul olan Macarıstan şirkəti artıq SOCAR-la danışıqlar aparır: 

"Biz ümid edirik ki, Azərbaycan qazının nəqli üçün Cənub-Şərqi Avropada bütün infrastuktur işləri başa çatdırılacaq. Biz həm də bu məsələdə Azərbaycanın siyasi dəstəyinə ümid edirik", - deyə nazir əlavə edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin