“Türkiyə vətəndaşları həmişə Ermənistandan əmlak alıblar” - Erməni nazir

Hazırda oxunan: “Türkiyə vətəndaşları həmişə Ermənistandan əmlak alıblar” - Erməni nazir

0:00
0:00
58463

Türkiyə vətəndaşlarının əlində olan strateji obyektlər yoxdur, amma Ermənistan iqtisadiyyatı həmişə Türkiyənin üzünə açıq olub. Türkiyə vətəndaşları həmişə Ermənistanda əmlak alıblar. 

Bizim.Media “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Vahan Kerobyan jurnalistlərə müsahibəsində türklərin son vaxtlar aktiv alışları ilə bağlı xəbərləri şərh edərkən bildirib. 

"Məsələn, şirkətlər, daşınmaz əmlaklar Türkiyə vətəndaşları tərəfindən həmişə satın alınıb", - Kerobyan qeyd edib. 

Kerobyanın sözlərinə görə, 2021-ci il istisna olmaqla, Ermənistan iqtisadiyyatı həmişə Türkiyəyə açıq olub. Yəni 2010, 2015, 2020-ci illərdə heç bir maneə olmayıb. 

"Yarmarkalara gedərkən, oradakı insanların 10 il əvvəl Türkiyə ilə kifayət qədər sıx işgüzar əlaqələri olduğunu görə bilərsiniz", - Kerobyan deyib. 
Kerobyan Türkiyə vətəndaşları tərəfindən alınan mülklərin siyahısında heç bir mühüm strateji obyektin olmadığını da əminliklə qeyd edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin