ICESCO Azərbaycanda regional ofisi açır - Nazirlə Baş direktor razılaşdı

Hazırda oxunan: ICESCO Azərbaycanda regional ofisi açır - Nazirlə Baş direktor razılaşdı

0:00
0:00
58359

ICESCO-nun Azərbaycanda regional ofisi təsis ediləcək.

Mədəniyyət Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, bu barədə Azərbaycanın mədəniyyət naziri Anar Kərimovla İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Salim bin Məhəmməd əl-Malik arasında keçirilən onlayn formatda görüşdə bildirilib.
 

MÖVZU İLƏ BAĞLI:

“Azərbaycan sülh naminə səylərinə görə tərifə layiqdir” - ISESCO rəhbəri


​​​​​​​Görüş zamanı Azərbaycan və ICESCO arasındakı əməkdaşlığın hazırkı vəziyyəti və gələcək perspektivləri barəsində fikir mübadiləsi aparılıb.

Eyni zamanda, Mədəniyyət Nazirliyinin mədəniyyətlərarası dialoq istiqamətində olan təşəbbüsləri, xüsusilə “Mədəniyyət naminə sülh” Qlobal Kampaniyası çərçivəsində görülən işlərə dair qarşı tərəfə məlumat verilib və ICESCO-nun bu kampaniyaya göstərdiyi dəstəyə görə minnətdarlıq ifadə edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin