Azərbaycan futbolunda VAR-ın tətbiqi ləngiyir – Çip problemi 

Hazırda oxunan: Azərbaycan futbolunda VAR-ın tətbiqi ləngiyir – Çip problemi 

58267

Azərbaycan futbolunda VAR sistemi (Video Assistant Referee) martın sonları - aprelin əvvəllərində tətbiq oluna bilər. 

Bizim.Media-nın məlumatına görə, bu barədə AFFA Hakimlər Komitəsinin sədri Frits Ştuxlik açıqlama verib. 

O bildirib ki, hazırda çiplərin gətirilməsi üzərində işlər gedir: 

"Çiplər bizdən asılı olmayaraq, ləngiyir. Öncədən 2020-ci il dekabrın ortalarında gözləyirdik. İndi isə 20 fevrala gələcəyini planlaşdırırıq. Hər şey plan üzrə getsə, bu sistemi fevralın sonları - martın əvvəllərində yarada biləcəyik.
Mərkəz kimi Bakı Olimpiya Stadionunu nəzərdə tutmuşuq. Avadanlıqlar maşınlarda qurulacaq. VAR Premyer Liqanın 8 klubunun ev oyunlarını keçirdiyi arenalarda, eləcə də Tofiq Bəhramov adına Respublika stadionu və "Dalğa Arena"da tətbiq olunacaq. Yəni, FIFA-nın sertifikasiya etdiyi stadionlardan istifadə oluna bilər". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin