Ağdam-Füzuli avtomobil yolunun tikintisinə başlandı - FOTO/VİDEO

Hazırda oxunan: Ağdam-Füzuli avtomobil yolunun tikintisinə başlandı - FOTO/VİDEO

58259

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan və işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən daha birinin tikintisinə start verilib. 

Bizim.Media xəbərinə görə, söhbət 2021-ci ilin oktyabr ayının 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Füzuli rayonuna səfəri zamanı təməli qoyulan Ağdam-Füzuli avtomobil yolunun inşasından gedir. 

Uzunluğu 64,8 kilometr, hərəkət hissəsinin eni 15 metr təşkil edəcək yol 4 hərəkət zolaqlı olacaq.

Yol çiyinlərinin hər iki istiqamətdə 3,75 m, ayırıcı zolağın eni 2 m olmaqla yol yatağının eni 26,5 metr təşkil edəcək. I texniki dərəcəli yol boyu layihə üzrə 380 metr istinad divarı inşa olunacaq. 

Hazırda Ağdam-Füzuli avtomobil yolunda torpaq işlərinin icrası aparılır.  

Yol boyunca layihəyə uyğun suların ötürülməsini təmin etmək məqsədilə 60 suötürücü boru,8 düzbucaqlı su keçidi, həmçinin zəruri olan yerlərdə 5 yeraltı keçidin və yol üzərində 3 yeni avtomobil körpüsünün tikintisi nəzərdə tutulub.

Bundan başqa yolboyu avtobus dayanacaqlarının və digər infrastrukturun inşası aparılacaq. 

Bərdə-Ağdam avtomobil yolunun davamı olan bu Ağdam-Füzuli avtomobil yolu Ağdam, Ağcabədi, Füzuli ərazilərindən keçəcək. Yolun inşası Bərdədən Ağdam və Füzuliyədək, həmçinin əks istiqamətdə insanların rahat gediş-gəlişini təmin edəcək. 

Bizim.Media

 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin