Hikmət Hacıyev: “Azad edilmiş ərazilərdə 7 yeni şəhər salınmalıdır”

Hazırda oxunan: Hikmət Hacıyev: “Azad edilmiş ərazilərdə 7 yeni şəhər salınmalıdır”

58255

“Azərbaycanın işğaldan azad edilmiş ərazilərində hər şey tamamilə dağıdılıb. Burada yeddi yeni şəhər salınmalıdır".  

Bizim.Media xəbər verir ki, bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Caspian Policy Center”in təşkil etdiyi "ABŞ-Xəzər Diplomatik Münasibətlərinin 30 ili" adlı vebinarda deyib.  
 

MÖVZU İLƏ BAĞLI:

"Azərbaycan Ermənistanla sülh sazişi üzrə danışıqlara başlayır" - Hikmət Hacıyev


Onun sözlərinə görə, Azərbaycan hökuməti üçün prioritet ölkənin işğaldan azad edilmiş ərazilərinin bərpasıdır.  

“Biz, ABŞ şirkətlərini sərmayə qoymağa və bu prosesdə iştirak etməyə təşviq edirik", - Prezidentin köməkçisi vurğulayıb.  

H.Hacıyev qeyd edib ki, ölkə qarşısında hər şeyi sözün əsl mənasında sıfırdan qurmaq kimi çətin vəzifə dayanır.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin