Rusiyanın mümkün hücumu ilə bağlı Ukraynada bomba sığınacaqları açılıb.
Bizim.Media xəbər verir ki, Belə sığınacaqlardan biri barədə məlumat verən mülki müdafiə idarəsinin rəisi Yuri Fedyuk bildirib ki, 1985-ci ildə tikilən sığınacaq 320 nəfər üçün nəzərdə tutulub.
MÖVZU İLƏ BAĞLI:
Amerikalı analitik Rusiyanın Ukraynaya hücumunun istiqamətini və vaxtını açıqladı
"İnsanlar üç günə qədər burada qala bilər, sonra isə ya qoruyucu geyimlə, ya da başqa üsullarla qoruna bilərlər. Sığınacaqda yerləşənlər ərzaq, içməli su, dərmanla təmin olunacaqlar", - deyə Y.Fedyuk əlavə edib.
Qeyd edək ki, sığınacaq bölgəni nüvə silahlarından, partlayış dalğasından, beta və qamma şüalarından qoruya bilir.
Oral Mədənçi, Bizim.Media