Fransa İngiltərəyə nəqliyyat yolunu bağladı

Hazırda oxunan: Fransa İngiltərəyə nəqliyyat yolunu bağladı

5821

Fransa gecə yarısından etibarən Böyük Britaniya ilə nəqliyyat əlaqələrini 48 saatlıq dayandırır.

Bizim.Media RİA Novosti-yə istinadən xəbər verir ki, Fransa hökuməti bu addımı Böyük Britaniyada koronavirusun yeni ştammının aşkarlanması ilə əlaqələndirib.

Qeyd edək ki, COVİD-19-un VUI-202012/01 adlanan yeni variantının tapılması haqqında Britaniyanın səhiyyə naziri Mett Henkok dekabrın 14-də məlumat vermişdi. Onun sözlərinə görə, yeni ştamm adi koronovirusdan 70% daha sürətlə yayılır.

Təhlükədən qorunmaq üçün Niderland, Belçika, İtaliya artıq Britaniya ilə sərnişin aviareyslərini bağlayıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin