Vladimir Putin ABŞ və NATO-nun Rusiyanın yazılı təhlükəsizlik zəmanəti təkliflərinə cavablarını şərh edib.
Bizim.Media "RİA Novosti"yə istinadən xəbər verir ki, V.Putin cavablarda Rusiyanın fundamental narahatlıqlarının nəzərə alınmadığı bildirib.
MÖVZU İLƏ BAĞLI:
Putin Consonla telefonla danışmaqdan İMTİNA ETDİ
Prezidentin sözlərinə görə, Rusiya Qərbin cavabında üç əsas tələbin, o cümlədən NATO-nun genişlənməməsinin adekvat nəzərə alınmasını görməyib.
"Rusiya hazırda Qərbin cavablarını diqqətlə təhlil edir. Buna uyğun qərarlar verəcəyik", - deyə V.Putin bildirib.
Oral Mədənçi, Bizim.Media