Ötən il Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə (qəsdən sağlamlığa insan həyatı üçün təhlükəli olan ağır zərər vurma) ittiham edilərək beynəlxalq axtarışa verilən şəxs Polşa Respublikasında saxlanılıb.
Ədliyyə Nazirliyi tərəfindən Polşanın səlahiyyətli qurumları ilə aparılan danışıqlar və iki ölkə arasında ekstradisiya sahəsində səmərəli əməkdaşlığın nəticəsi olaraq həmin şəxsin ekstradisiyasına razılıq verilib.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Nazirliyin Mətbuat xidməti yayıb.
Mənbə qeyd edir ki, Polşaya birbaşa uçuş reysi olmadığından ekstradisiya olunan şəxsin İstanbul vasitəsilə tranzit olaraq Azərbaycana gətirilməsi barədə qardaş Türkiyə ilə razılığa gəlinib.
Nəticədə axtarışda olan şəxs nazirliyin əməkdaşları tərəfindən ölkəmizə gətirilib və istintaqa təhvil verilib.
Səmərəli əməkdaşlıq nəticəsində ötən 3 il ərzində cinayət törətməkdə təqsirli bilinən 80-dən çox axtrarışda olan şəxsin Azərbaycana ekstradisiyası təmin olunub.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:40 / 01.02.2022
Axtarışda olan 80-dən çox şəxs Azərbaycana gətirildi
Hazırda oxunan: Axtarışda olan 80-dən çox şəxs Azərbaycana gətirildi
Hazırda oxunan: Axtarışda olan 80-dən çox şəxs Azərbaycana gətirildi
58180
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.