Sahibkarlıq fəaliyyətində yoxlamaların dayandırılması nə vəd edir? – Natiq Cəfərlidən PROQNOZ 

Hazırda oxunan: Sahibkarlıq fəaliyyətində yoxlamaların dayandırılması nə vəd edir? – Natiq Cəfərlidən PROQNOZ 

58176

Azərbaycanda sahibkarlıq sahəsində yoxlamalar daha 1 il dayandırılıb. 

Bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb. 

İclasda "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik qanun layihəsi təqdim olunub. 

Qeyd edək ki, qanuna əsasən sahibkarlıq sahəsində yoxlamaların dayandırılması müddəti bu ilin yanvarın 1-də bitmişdi. 

Dəyişiklikdə Azərbaycanda sahibkarlıq sahəsində aparılan yoxlamaların müddətinin 2023-ci ilin yanvarın 1-dək uzadılması nəzərdə tutulub. 

Bəs, qanuna edilən yeni dəyişiklikləri zəruri edən səbəblər hansılardır? Yoxlamaların daha bir il dayandırılması sahibkarların fəaliyyətinə necə təsir göstərəcək?
 

MÖVZU İLƏ BAĞLI:

Sahibkarlıq sahəsində yoxlamalar daha 1 il dayandırılır


Bu sualları Bizim.Media üçün cavablandıran iqtisadçı ekspert Natiq Cəfərli əvvəlki dövrlərdəki yoxlamaların aparılması səbəbini vergi daxilolmalarının təmin olunması ilə əlaqəli olduğunu qeyd edib:

“Təbii ki, sahibkarlıq subyektlərinə lazımsız yoxlamaların, müdaxilələrin qarşısının alınmasında qanunvericiliyə edilmiş dəyişikliklər müəyyən rol oynamalıdır. Və ümumiyyətlə, bu qanunun qüvvəyə minməsindən sonra məlum oldu ki, son 3 ildə yoxlamaların dayandırılması vergi daxilolmalarına mənfi təsir göstərməyib. Əksinə, 2020-ci illə müqayisədə 2021-ci ildə vergi daxilolmalarında 1,4 milyard artım müşahidə olunub”.

Ekspertin sözlərinə görə, yoxlamaların dayandırılmasından sonra vergi daxilolmalarının daha da artdığı məlum olub:

“Bununla da məlum oldu ki, yoxlamalar vergi daxilolmalarında artıma səbəb olan amil deyilmiş. Əgər belə idisə, uzun illərdir yoxlamalar sahibkarlara ciddi problemlər yaradırdısa, bunu qanunla tənzimləmək daha doğru qərar idi.
 

Çünki yoxlamalar sahibkarlığa maneələr törədir və onların iş fəaliyyətinə probelmlər yaradır və bununla da sahibkarlıq subyektləri yoxlamalar artdıqca daha çox itkilərə məruz qalırdılar. Nəticə etibarılə də onlar vergi ödəmələrinə daha az təsir göstərirdilər”. 


Natiq Cəfərli onu da əlavə edib ki, qanunvericiliyə edilmiş dəyişikliklər sahibkarlıq subyektlərinin daha rahat fəaliyyət göstərməsi üçün müəyyən dərəcədə əsaslar yaradacaq.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin