Azərbaycanın Avropa üçün enerji tərəfdaşlığı ABŞ mətbuatında: “İnvestisiya təmin olunacaq”

Hazırda oxunan: Azərbaycanın Avropa üçün enerji tərəfdaşlığı ABŞ mətbuatında: “İnvestisiya təmin olunacaq”

58163

Moskvanın Avropaya qaz ixracını dayandırmaq hədələri Avropanı alternativ mənbələr axtarmağa vadar edib.

Bizim.Media xəbər verir ki, son günlərdə Qərb rəsmiləri və mətbuatı Azərbaycanla enerji tərəfdaşlığı ilə bağlı mühüm siqnallar verir.
 

MÖVZU İLƏ BAĞLI:

Avropanın qaz alternativi: “Rusiya qaz tədarükünü azaldarsa, Azərbaycanla əməkdaşlıq...”


Belə ki, ABŞ-ın nüfuzlu “Eurasianet” jurnalında Azərbaycanın Avropa üçün enerji tərəfdaşı kimi önəmini əks etdirən məqalə dərc olunub.

Məqalədə, Avropa İttifaqının xarici siyasət məsələləri üzrə komissar Cozef Boreldən sitat gətirilərək, İttifaqla Azərbaycan arasında enerji əməkdaşlığı sahəsində müzakirələrin getdiyi qeyd olunub. Bundan əlavə, Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanovun “Bloomberg” nəşrinə müsahibəsinin də Avropada ciddi müzakirə predmeti olduğu öz əksini tapıb. 

Qeyd olunub ki, Azərbaycan bir müddət əvvvəl Türkiyə ilə olduğu kimi, Avropa üçün də qaz ixracını artıra bilər.

Lakin Azərbaycanın Avropanın enerji tələbatını təkbaşına qarşılaya bilməyəcəyi də öz əksini tapıb.

“Azərbaycanın Avropaya qaz ixracı bir boru kəməri ilə məhdudlaşıb. Bu da  illik gücü ildə cəmi 10 milyard kubmetr olan TAP kəməri vasitəsilə reallaşır. Lakin, həm TAP, həm də Azərbaycanın dövlət neft şirkəti SOCAR-ın məlumatına görə, artıq əlavə boru kəməri ilə bağlı müzakirələr gedir”. 

Elin Süleymanovun “Bloomberg”ə müsahibəsində qeyd etdiyi bu fikirlər də məqalədə öz əksini tapıb:

“Azərbaycanın həm hasilat, həm də boru kəməri imkanlarının genişləndirilməsi üçün gələcək investisiyalar hesabına Avropaya ixracının genişləndirilməsi potensialı var. Biz enerji təhlükəsizliyi üçün qısamüddətli olaraq həcmlərin artmasından danışmırıq. Çünki bu cür qısamüddətli mandatlarla uğur qazanıla bilməz. Bu, uzunmüddətli planlaşdırmadır, bir prosesdir. Bu kiminsə gəlib “Mənə daha çox qaz ver” deməsi ilə həll olunmur”.

Məqalədə həmçinin, Türkmənistan-Azərbaycan əməkdaşlığının Avropa üçün enerji sahəsində mühüm dividendlər qazandıra biləcəyi vurğulanıb:
 

“Bununla belə, keçən il Türkmənistan və Azərbaycan arasında Xəzərdə “Dostluq” yatağının birgə işlənməsinə dair razılaşma iki ölkənin qaz ixracı üçün güclərini birləşdirə bilər.


Daha böyük qaz ehtiyatları və Rusiya ixracına alternativlərə ehtiyacı olan Avropa bazarı TAP boru kəmərinin genişləndirilməsi üçün güclü investisiya imkanını təmin edəcək və onun gücünü ildə 20 milyard kubmetrə çatdıracaq. SOCAR-ın məlumatına görə, TAP konsorsiumu hazırda bazar araşdırmaları aparır və bu il gücün genişləndirilməsinə sərmayə yatırmaq barədə qərar qəbul edilə bilər”.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin