“Xaricdən mal alanların 58 %-i 100 dollar həddini keçmir” – RƏSMİ

Hazırda oxunan: “Xaricdən mal alanların 58 %-i 100 dollar həddini keçmir” – RƏSMİ

0:00
0:00
58133

“2021-ci ildə “e-customs.gov.az” portalı və “Smart Customs” mobil tətbiqi üzərindən gömrük orqanlarına elektron ticarət bəyannaməsi təqdim edən istifadəçilərin 58 %-i 100 ABŞ dolları həddini keçməyib”.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Dövlət Gömrük Komitəsinin mətbuat xidməti yayıb.

“Dəyəri 100-200 ABŞ dolları arasında olan bəyannamə təqdim edən istifadəçilər 25 % təşkil edib.

Dəyəri 200-300 ABŞ dolları arasında dəyişən bəyannamə təqdim edən istifadəçilər isə 16 %-dir. Ümumilikdə istifadəçilərin 1 %-i dəyəri 300 ABŞ dollarından yuxarı elektron ticarət bəyannaməsi təqdim edib”, - deyə komitədən qeyd edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin