Azərbaycanda sosial xidmət göstərilən ən yaşlı sakinin 110 yaşı var

Hazırda oxunan: Azərbaycanda sosial xidmət göstərilən ən yaşlı sakinin 110 yaşı var

58129

Ölkəmizdə sosial-məişət xidməti göstərilən ən yaşlı sakin 110 yaşlı Leyli İsgəndərovadır. O, 1912-ci ildə Qazax rayonunun Kəmərli kəndində anadan olub.

Bizim.Media xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov bu məlumatı keçirdiyi mətbuat konfransında səsləndirib.

Onun verdiyi digər bir məlumata görə, hazırda stasionar sosial xidmət göstərilən ən yaşlı sakinlər isə Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində yaşayırlar.

Onlar Ənvər Əfəndiyev və Tatyana Mixayılovadır. Hər ikisinin 96 yaşı var. Ənvər Əfəndiyev 2019-cu ildən, Tatyana Mixaylova isə 2021-ci ildən Ahıl şəxslər üçün sosial xidmət müəssisəsinə yerləşdirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin