3-cü dozanı vurdurmayanlar fevralın 15-dən bu yerlərə buraxılmayacaq – SİYAHI 

Hazırda oxunan: 3-cü dozanı vurdurmayanlar fevralın 15-dən bu yerlərə buraxılmayacaq – SİYAHI 

58119

Yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vurulmuş iki doza peyvənddən 6 ay keçdikdən sonra qoruyucu immunitetin səviyyəsinin azalmasını nəzərə alaraq, orqanizmdə virus əleyhinə yaranmış anticisimləri artırmaq üçün “buster” doza qəbul olunmalıdır.

Bizim.Media xəbər verir ki, ikinci doza peyvəndləmədən 6 ay keçdikdən sonra üçüncü dozanı vurdurmayan vətəndaşların “Peyvənd sertifikatı” fevralın 15-dən sonra etibarlı hesab edilməyəcək. 

Həmin tarixdən etibarən yaşı 18-dən yuxarı olan şəxslər aşağıda qeyd edilən məkanlara yalnız qüvvədə olan COVID-19 vaksin pasportu, immunitet, yaxud əks-göstəriş sertifikatı ilə buraxılacaq. 

Həmin məkanların sırasına ictimai iaşə müəssisələri (kafe, restoran və s.), mehmanxanalar, iri ticarət mərkəzləri, idman və sağlamlıq-bərpa obyektləri, Toy (digər şənliklər) və Ali təhsil müəssisələri (kolleclər) daxildir. 

Bundan başqa, bu tarixdən etibarən dövlət qurumlarında, həmçinin digər iş və xidmət sahələrində çalışan işçilərin vaksin pasportunun, immunitet və ya əks-göstəriş sertifikatının olması tələb ediləcək. 
Bu kateqoriyaya tibbi xidmətlər, kommunal, nəqliyyat, logistika və kommunikasiya, sosial, ticarət və ictimai iaşə, turizm, maliyyə xidmətləri və digər sahələr (dərzi, bərbər, poliqrafiya, baytarlıq və s.) aiddir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin