"2025-ci il noyabrın 16-da Daşkənddə keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə Azərbaycanın tamhüquqlu iştirakçı kimi qəbul edilməsi regional əməkdaşlığın Xəzərin o tayına keçərək Türk dünyası istiqamətində yeni mərhələyə yüksəldiyini göstərən tarixi bir addımdır".
Bizim.Media xəbər verir ki, bu barədə Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım özünün "Facebook" sosial şəbəkə hesabında paylaşım edib.
Onun sözlərinə görə, bu inkişaf Orta Dəhlizin və Zəngəzur xəttinin güclənməsini təmin etməklə yanaşı, nəqliyyatla birlikdə rabitə dəhlizləri, rəqəmsal infrastruktur və kibertəhlükəsizlik sahələrində daha sıx inteqrasiyanı mümkün edərək Türk dünyasının gələcəyə yönəlik strateji bütövlüyünü möhkəmləndirir.
"Qardaşlığımızı daha güclü regional memarlığa çevirən bu addımı məmnuniyyətlə qarşılayıram", - deyə Binəli Yıldırım yazıb.

Bizim.Media

- A-
- A
- A+
Siyasət
17:53 / 16.11.2025
Binəli Yıldırım: "Azərbaycanın tamhüquqlu iştirakçı kimi qəbul edilməsi Türk dünyası üçün tarixi addımdır" - FOTO
Hazırda oxunan: Binəli Yıldırım: "Azərbaycanın tamhüquqlu iştirakçı kimi qəbul edilməsi Türk dünyası üçün tarixi addımdır" - FOTO
Hazırda oxunan: Binəli Yıldırım: "Azərbaycanın tamhüquqlu iştirakçı kimi qəbul edilməsi Türk dünyası üçün tarixi addımdır" - FOTO
580870
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































