NATO Baş kati Yens Stoltenberq müttəfiqləri arasında fikir ayrılıqları olduğunu deyib.
Bizim.Media xəbər verir ki, Baş katib "The Washington Post"un təşkil etdiyi onlayn müzakirə zamanı bunları deyib:
MÖVZU İLƏ BAĞLI:
NATO-dan Moksvaya XƏBƏRDARLIQ: “Bu, Rusiyaya baha başa gələcək”
"NATO Atlantikanın hər iki tərəfində yerləşən 30 dövləti birləşdirən ittifaqıdır. Əlbəttə, bir çox məsələlərdə fikir ayrılıqları var. NATO yaranandan belə olub, 1956-cı ildə Süveyş böhranı zamanı, ya da 1960-cı illərdə Fransanın alyansı tərk etmək istəyəndə, yaxud 2003-cü il müharibəsi zamanı (ABŞ-ın İraqdakı əməliyyatları - red.).
Ona görə də fikir ayrılıqları olub, var və olacaq. Lakin NATO-nun gücü birlikdədir. Biz hər zaman eyni məqsədlərimiz ətrafında birləşməyi bacarmışıq".
Bizim.Media