Masallıda 15 yaşlı qızın ərə verilməsi ilə bağlı Masallı Rayon Polis Şöbəsinin, Masallı Rayon İcra Hakimiyyətinin və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşları tərəfindən araşdırma aparılıb.
Bizim.Media xəbər verir ki, aparılan araşdırmaların nəticəsində məlum olub ki, Elçin Məmmədzadənin (ad şərtidir) valideynləri rayonun Təzə Alvadı kənd sakini, 2007-ci il təvəllüdlü Aysel ƏIizadənin (ad şərtidir) evinə elçi gediblər.
MÖVZU İLƏ BAĞLI:
Masallıda 15 yaşlı qız ərə verilib? - RƏSMİ AÇIQLAMA
Valideynləri azyaşlı qızının elçi düşən oğlanla nişanlanmasına icazə veriblər.
Bundan sonra hər iki tərəfin valideynləri ilə profilaktik söhbətlər aparılıb və qızın 18 yaşı tamam olmayınca toy mərasiminin keçirlməməsi ilə bağlı izahatları alınıb.
Bizim.Media