Amerikalı analitik Rusiyanın Ukraynaya hücumunun istiqamətini və vaxtını açıqladı

Hazırda oxunan: Amerikalı analitik Rusiyanın Ukraynaya hücumunun istiqamətini və vaxtını açıqladı

57936

“Rusiya qoşunlarının Ukraynaya yeridilməsi fevralın sonuna qədər baş verə bilər. Bu, günlərin yox, həftələrin məsələsidir”.

Bizim.Media "Polşa Radiosu"na istinadən xəbər verir ki, bu proqnozu Vaşinqtondakı Müharibə Araşdırmaları İnstitutunun (Institute of War Studies) baş analitiki Meyson Klark səsləndirib.

Ekspert ən çox ehtimal olunan ssenarini açıqlayıb: “Qoşunlar Donbasa daxil olacaq, həmçinin Belarusda daimi yerləşəcək”.

Dekabrda həmin İnstitutun analitikləri Rusiyanın işğalını az ehtimal kimi hesab etsələr də Rusiya ilə Ukrayna sərhədindəki vəziyyətə görə proqnozlarını dəyişiblər.

“Biz hələ də genişmiqyaslı işğalın mümkün olmadığına inansaq da (yüksək insan və iqtisadi itkilərə görə), Rusiya qoşunlarının fevralın sonuna qədər açıq şəkildə Donbasa daxil olması ehtimalı böyükdür”, - Klark deyib.

Onun sözlərinə görə, Putinin planlarına fevralın 4-də başlayacaq Pekin Olimpiadası təsir edə bilər, lakin bu, hücumla bağlı yekun qərara mane olmayacaq. Amerikalı ekspertlərin fikrincə, Rusiya Federasiyası prezidentinin əsas məqsədi Ukrayna hakimiyyətinə təzyiq göstərməkdir. Səbəb isə rəsmi Kiyevin Donbasla bağlı əhəmiyyətli güzəştlərə getmək və NATO-ya üzvlüyündən imtinadır.

Belarus ərazisinə rus qoşunlarının cəmləşməsinə münasibət bildirən Klark qeyd edib ki, bu, Kiyevin işğalına xidmət etməyəcək, lakin gələcəkdə buna şərait yarada bilər.

“Bu, NATO üçün, xüsusən də Polşa və Baltikyanı ölkələr üçün uzunmüddətli çağırış olacaq”, o, yekunlaşdırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin