Türkiyə təhlükəsizlik qüvvələri son bir ayda ölkə daxilində və dövlət sərhədlərindən kənar bölgələrdə PKK/KCK/PYD-YPG, FETÖ və İŞİD terrorçu birləşmələrinə qarşı ümumilikdə 45 antiterror əməliyyatı həyata keçirib.
Bizim.Media Türkiyə Milli Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, bu əməliyyatlar nəticəsində ümumilikdə 75 terrorçu zərərsizləşdirilib. Məlumatda bildirilir ki, dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən 7 min 233 nəfər saxlanılıb.
Bildirilir ki, həmin şəxslər arasında 17-si FETÖ mənsubu olmaqla, 34 nəfər terrorçu olub.
Qeyd edək ki, hazırda Türkiyə hökuməti terrorçuluqla mübarizəni antiterror əməliyyatları, müxtəlif səbəblərdən terror təşkilatlarına qoşulan şəxsləri təbliğat yolu ilə təsliminə nail olmaq və mükafatlandırma əsasında terrorçuların yerini müəyyən etmək kimi üç mühüm istiqamətdə aparır.
Bizim.Media
- A-
- A
- A+
Region
13:39 / 20.12.2020
Türkiyə 1 ayda 75 terrorçu zərərsizləşdirib
Hazırda oxunan: Türkiyə 1 ayda 75 terrorçu zərərsizləşdirib
Hazırda oxunan: Türkiyə 1 ayda 75 terrorçu zərərsizləşdirib
5792
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.