Rusiya Silahlı Qüvvələrinin hava hücumundan müdafiə (HHM) qüvvələri gecə ərzində Rusiyanın müxtəlif bölgələri üzərində 85 ədəd Ukrayna istehsalı pilotsuz uçuş aparatını (PUA) aşkarlayaraq məhv edib.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Nazirliyin məlumatına görə, ən çox PUA Voronej vilayəti üzərində vurulub — 40 ədəd.
Bundan əlavə 20 PUA Nijni Novqorod, 10 PUA Belqorod vilayəti, 6 PUA Kursk vilayəti, 4 PUA Lipetsk vilayəti, 2 PUA Volqoqrad vilayəti, 2 PUA Başqırdıstan Respublikası, 1 PUA isə Saratov vilayəti üzərində məhv edilib.
Rusiya Müdafiə Nazirliyi qeyd edib ki, hücum nəticəsində ciddi dağıntılar və ya tələfat barədə
məlumat yoxdur.
Bizim.Media

- A-
- A
- A+
Dünya
09:58 / 04.11.2025
Ukrayna PUA-ları gecə Rusiyanın səkkiz regionuna hücum etdi - VİDEO
Hazırda oxunan: Ukrayna PUA-ları gecə Rusiyanın səkkiz regionuna hücum etdi - VİDEO
Hazırda oxunan: Ukrayna PUA-ları gecə Rusiyanın səkkiz regionuna hücum etdi - VİDEO
578766
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































