Rusiyalı Daniil Medvedev 2022-ci ildə Avstraliya Açıq çempionatının finalında ispaniyalı Rafael Nadala uduzub.
Bizim.Media RT nəşrinə istinadən xəbər verir ki, Melburnda keçirilən oyun 2:6, 6:7, 6:4, 6:4, 7:5 hesabı ilə ispan tennisçinin xeyrinə başa çatıb.
Oyun 5 saat 24 dəqiqə davam edib.
Medvedev və Nadal Avstraliya Açıq çempionatının tarixində ən uzun matça çıxıblar. Bu görüş tarixin ən uzun Böyük Dəbilqə finalları siyahısında ikinci yerə yüksəlib.
25 yaşlı rusiyalı qarşılaşma zamanı bir neçə dəfə hakimə üz tutaraq, oyun zamanı qışqıraraq ona müdaxilə edən azarkeşləri sakitləşdirmək istəyib.
Medvedev ATP reytinqində ikinci, Nadal beşincidir.
Xatırladaq ki, kişilər arasında dünyanın bir nömrəli tennisçisi Novak Cokoviç vaksinasiya ilə bağlı sənədlərindəki problemlərə görə Avstraliya ərazisinə buraxılmayıb və turnirdə iştirak imkanından məhrum olub.
Bizim.Media
İşte Rafael Nadal’ın şampiyon olduğu an! ??
— S Sport (@ssporttr) January 30, 2022
Tam 5 saat 24 dakika süren inanılmaz mücadele! ?
pic.twitter.com/JrSQfrcSyW