Rusiyanın "Baykal" təyyarəsinin ilk uçuşunun görüntüləri yayıldı – VİDEO

Hazırda oxunan: Rusiyanın "Baykal" təyyarəsinin ilk uçuşunun görüntüləri yayıldı – VİDEO

57847

Rusiyanın yüngül çoxməqsədli "Baykal" təyyarəsinin ilk uçuşu bazar günü Sverdlovsk vilayətində baş tutub. 

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Rusiyanın Sənaye və Ticarət Nazirliyinin rəhbəri Denis Manturov yayıb.

Nazirliyin saytında verilən məlumata görə, təyyarə Yekaterinburq (Aramil) aerodromundan havaya qalxıb. Uçuş 500 metr yüksəklikdə baş tutub və təxminən 25 dəqiqə davam edib.

Layneri 1-ci dərəcəli sınaq pilotu Valentin Lavrentyev idarə edib.

LMS-901 "Baykal" təyyarəsi Sənaye və Ticarət Nazirliyi ilə müqavilə əsasında "Baykal-Engineering" şirkəti tərəfindən hazırlanıb.

O, köhnəlmiş An-2 “kukuruznik”ini əvəz etməlidir. Seriya istehsalı 2024-cü ildən planlaşdırılır.

Layihənin baş dizayneri Vadim Demin qeyd edib ki, Baykal öz seqmenti üçün layiqli kruiz sürətinə malikdir.

Təyyarə saatda 300 kilometrə qədər sürət yığa bilir.

Maksimum uçuş məsafəsinin 3 min kilometrə, 2 tona qədər faydalı yüklə isə 1500 kilometrə çatacağı gözlənilir. 

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin