Ərdoğan o hakimlər haqda istintaqdan DANIŞDI

Hazırda oxunan: Ərdoğan o hakimlər haqda istintaqdan DANIŞDI

578081

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkə futbolunun 152 hakimi barəsində mərc oyunlarına pul qoyuluşu etməsi iddiası ilə açılan istintaqla bağlı açıqlama verib.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Almaniyanın kansleri Fridrix Merslə görüşdən sonra jurnalistlərin suallarını cavablandıran Ərdoğan bu  barədə danışarkən deyib:
 

“Son dövrlərdə bir hakimlər məsələsi ortaya çıxıb. Futbol meydanlarında,  bunlar yaşanarkən dövlət bunu əli-qolu bağlı şəkildə izləyə bilməz.


Lazım olan nədirsə, onu etməlidir və hazırda da bu addım atılıb. Tribunalardakı azarkeşlər də bu hadisəni görüb sevinirlər. “Nələr olur, nələr” deməyə başlayıblar”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin