“Müasir Türkiyə regionda və beynəlxalq arenada mövqelərini gücləndirən güclü dövlətdir. Türkiyə iqtisadiyyatı fəal şəkildə inkişaf edən ölkədir”.
Bizim.Media “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Onun sözlərinə görə, son 10 il Türkiyə üçün xüsusilə çətin olub.
“Ölkəmiz bir çox çətinliklərin öhdəsindən gəlməli idi, lakin bu gün gələcəyə inamla baxmaq üçün bütün imkanlarımız var. Türkiyənin kursuna təsir etmək cəhdlərinin uğursuzluğunu dərk edən dairələr onun yolunda əngəllər yaratmağa, iqtisadiyyatını məhv etməyə çalışırlar”, - deyə Ərdoğan bildirib.
Türkiyə dövlətinin başçısı həm təhlükəsizlik, həm də iqtisadi sahədə Türkiyəyə zərər vurmaq cəhdlərinə diqqət çəkib.
“Valyuta bazarlarında baş verən son manipulyasiyalara cavab olaraq dövlət milli valyutanı qorumaq üçün addımlar atdı ki, bu da türk lirəsinin sabitləşməsinə kömək etdi. Faiz dərəcələri aşağı düşüb və bundan sonra da azalacaq və bununla da inflyasiya aşağı düşəcək”, - deyə prezident əmin edib.
Ərdoğan Türkiyənin yerləşdiyi bölgədəki gərginliklə bağlı risklərə də diqqət çəkib.
“Milyonlarla insan Ukrayna və Rusiya arasında gərginlik fonunda böhranlı vəziyyətdə yaşamağa məcburdur. Türkiyə bu insanların bir qismini qəbul edib”, – Türkiyə lideri bildirib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
10:11 / 30.01.2022
Ərdoğandan Türkiyədəki inflyasiya ilə bağlı AÇIQLAMA
Hazırda oxunan: Ərdoğandan Türkiyədəki inflyasiya ilə bağlı AÇIQLAMA
Hazırda oxunan: Ərdoğandan Türkiyədəki inflyasiya ilə bağlı AÇIQLAMA
57805
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.