FED faiz dərəcələrini 5 dəfə artıracaq – İnflyasiyanın qarşısı alına biləcəkmi?

Hazırda oxunan: FED faiz dərəcələrini 5 dəfə artıracaq – İnflyasiyanın qarşısı alına biləcəkmi?

57716

"Goldman Sachs Group" transmilli investisiya bankının iqtisadçıları bu il ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) faiz dərəcələrini artırılmasına dair beş dəfə qərar verəcəyini düşünür. 

Bizim.Media "Bloomberg"ə istinadən xəbər verir ki, Yan Hatziusun rəhbərlik etdiyi iqtisadçılar qrupu hesab edir ki, ABŞ-ın maliyyə requlyatoru federal kredit vəsaitləri üzrə faiz dərəcəsinin hər qərarda 25 baza bəndi (0,25 faiz bəndi) artıraraq, ilin sonuna 1,25%-1,5% səviyyəsinə çatdıracaq.

Sözügedən qərarların mart, may, iyul, sentyabr və dekabr aylarında veriləcəyi gözlənilir. 

Lakin artımların sayı ilə bağlı fikirlər heç də birmənalı deyil. Belə ki, "Bank of America Corporation" bu il FED-dən faiz artımı üzrə dörd qərar, "JPMorgan Chase & Co" və "Deutsche Bank AG" isə artım üzrə beş qərar gözləyir. 

Hazırda FED-in federal kredit vəsaitləri üzrə faiz dərəcəsi illik 0%-0,25% səviyyəsindədir.

Bundan əlavə, ABŞ-da inflyasiyanın pikə nə zaman çatacağı bilinmədiyindən FED-in faiz artımları ilə nə qədər irəli gedəcəyi qeyri-müəyyəndir. 

Qeyd edək ki, ABŞ-ın maliyyə requlyatorunun gözlənildiyindən daha qəti addımları ölkədə geniş əsaslı əməkhaqqı inflyasiyası və ya davamlı təchizat problemləri fonunda daha sürətli inflyasiya üçün gözləntilər gücləndiyi halda baş verə bilər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin