UEFA "Qarabağ"ın Konfrans Liqasının pley-off mərhələsində rəqibi olan Fransa "Marsel"ini cərimələyib.
Bizim.Media qurumun rəsmi saytına istinadən xəbər verir ki, buna Marsel şəhərinin eyniadlı təmsilçisinin azarkeşlərinin evdə Rusiyanın "Lokomotiv" klubuna (1:0) qarşı keçirilmiş Avropa Liqasının qrup mərhələsinin VI tur oyunundakı hərəkəti səbəb olub.
Klub fanatların priotexniki vasitələrdən istifadə etməsi səbəbindən 17 500 avro məbləğində cərimə edilib.
Qeyd edək ki, "Qarabağ" "Marsel" komandası ilə ilk görüşünü fevralın 17-də səfərdə, cavab oyununu fevralın 24-də evdə keçirəcək. Ağdam klubunun futbolçularının vurdurduğu vaksin Fransada tanınmadığından ilk görüşün neytral meydanda keçirilmə ehtimalı yüksəkdir.
Bizim.Media
- A-
- A
- A+
İdman
09:23 / 29.01.2022
UEFA "Qarabağ"ın rəqibini CƏRİMƏLƏDİ
Hazırda oxunan: UEFA "Qarabağ"ın rəqibini CƏRİMƏLƏDİ
Hazırda oxunan: UEFA "Qarabağ"ın rəqibini CƏRİMƏLƏDİ
57670
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.