Gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan Kamandan Oxatma Federasiyasının fəaliyyəti ilə tanış olub.
Bizim.Media xəbər verir ki, F.Qayıbov tanışlıq zamanı yığma komandanın məşq bazası ilə maraqlanıb. Federasiyanın baş katibi Murad İsfəndiyarov indiyədək görülən işlər və qarşıdakı planlar barədə naziri məlumatlandırıb.
MÖVZU İLƏ BAĞLI:
Nazir daha bir federasiyanın fəaliyyəti ilə tanış oldu - FOTO
Yığmanın baş məşqçisi Natiq Fazilov qeyd edib ki, həftə sonları 30-dək idmançının məşq etdiyi bazanın şəraiti standartlara cavab vermədiyi üçün komanda üçün daha yaxşı şəraitin yaradılmasına ehtiyac var.
Yeniyetmə və gənc idmançılarla söhbət edən nazir onların məşqlərini izləyib və problemləri ilə maraqlanıb. Bildirilib ki, hazırda idmançıların əsas hədəfi 5-ci İslam Həmrəyliyi Oyunlarına hazırlıqdır.
Qeyd edək ki, bu barədə Gənclər və İdman Nazirliyi məlumat yayıb.
Bizim.Media