Turistlər üçün ən bahalı şəhər hansıdır?

Hazırda oxunan: Turistlər üçün ən bahalı şəhər hansıdır?

5758

Honkonq əcnəbi mütəxəssislər, başqa sözlə desək, ekspatlar üçün dünyanın ən bahalı şəhərləri siyahısında başçılıq edib.

Bizim.Media xəbər verir ki, bu barədə “ECA International” konsaltinq agentliyi tərəfindən təqdim olunan illik hesabatda deyilir.

Buna əsas səbəb kimi bu meqapolisdə yaşayış yerlərinin son dərəcə bahalı olması göstərilir.
“Top-10”da həmçinin Tokio, Nyu-York, Cenevrə, Sürix, London, Təl-Əviv, Seul, San-Fransisko və Yokohama şəhərləri yer alıb.

Bundan əlavə, ən bahalı iyirmi şəhər arasında Çinin materik hissəsindən dörd meqapolis – Şanxay (11-ci yer), Quançjou (15), Şençjen (17) və Pekin (18) də var.

“ECA International” cari hesabatında valyuta məzənnələrinin tərəddüdləri nəzərə alınmaqla sıravi əcnəbinin əldə edə biləcəyi mal və xidmətlərdən ibarət istehlak səbətinin (kommunal xidmətlər də daxil olmaqla) xərclərini müqayisə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin