“Bu videodakı tərbiyəsizlik, müəllimin çarəsiz, boynu bükük sinfi tərk etməsi bizim hamımızın fəaliyyətinin nəticəsidir”.
Bizim.Media xəbər verir ki, bu fikirləri hüquqşünas Aslan İsmayılov sosial şəbəkə hesabından yazdığı statusda qeyd edib.
MÖVZU İLƏ BAĞLI:
Daha bir məktəbdə xoşagəlməz görüntü: Sinifi dağıdır, müəllimi qovurlar - VİDEO
Hüquq müdafiəçisi fikirlərini bu cür davam etdirib:
“Bəli! Sosial şəbəkələrdə tərbiyəsiz şagirdi, həyasız valideyni müdafiə edəndə bu cür hadisələrin olacağını görməliydik. Buna etiraz edənlərə dərhal ağıl verdik, kiməsə yarınmaqda suçladıq. Çoxumuza isə gələcək nəticələr yox, həmin anda yığacağımız layk, özümüzü ağıllı, müdrik göstərmək və "mız"qoymaq həvəsimiz maraqlı oldu”.
Həmin görüntüləri təqdim edirik:
Bizim.Media